Vəkil 14 yaşında necə işə düzələcəyini söylədibackend

hh.ru saytının məlumatına görə, yay yarım-ştat işi olan yeniyetmələr ayda orta hesabla 50-60 min rubl, logistika sahəsində isə gəliri 70 min rubla çata bilər. Son sorğu göstərdi ki, hər beş yeniyetmədən biri yayda ofisiant işləməyi planlaşdırır, 10 faizi kuryer və ya anbarda işləməyi seçir, 9 faizi frilanser, 7 faizi isə satış işçisi kimi iş axtarır. hh.ru hüquqşünası, əmək hüququ üzrə ekspert Svetlana Şabronova Gazeta.Ru-ya 14 yaşında necə işə düzəlmək barədə danışıb.

“Rusiya Federasiyasının Əmək Məcəlləsinə əsasən, Rusiya vətəndaşları aşağıdakı şərtlərlə 14 yaşından əmək fəaliyyətinə başlaya bilərlər: valideynlərdən birinin və ya qəyyumun razılığı; sağlamlığa zərər verməyən və tədris prosesinə mane olmayan yüngül işlərin görülməsi”, – deyə o, izah edib.

Hüquqşünasın sözlərinə görə, 14 yaşına çatmamış uşaqlar sağlamlıqlarına və mənəvi inkişafına xələl gətirməsə, kinoda, teatrda işləyə, konsertlərdə, sirk tamaşalarında iştirak edə bilərlər. Bunun üçün valideynlərdən birinin və qəyyumluq orqanının icazəsi tələb olunur və müqavilə valideyn və ya qəyyum tərəfindən imzalanır.

Mənbə: Gazeta.Ru