Vətən müharibəsi iştirakçısı vəfat edibbackend

Vətən müharibəsi iştirakçısı, 1993-cü il təvəllüdlü Ağdaş rayon Qarağan kənd sakini Niyazi Gündüz oğlu İbrahimli vəfat edib.

Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, o, N.İbrahimli mayın 14-də dünyasını dəyişib.

Qeyd edilib ki, Niyazi İbrahimli Vətən müharibəsindən qayıtdıqdan sonra bir müddət ürəyindən müalicə olunub. Mayın 14-də onun ürəyində yenidən problem yaranıb və Bakıda xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, N.İbrahimli orada vəfat edib.

Qeyd edək ki, N.İbrahimli Vətən müharibəsi başlayan zaman könüllü olaraq ordu sıralarına qatılıb.