Xocalıda qalıqları aşkarlanan 7 nəfərlə vida mərasimi keçirildibackend

Bu gün “Xocalı soyqırımı” qurbanlarının tapılmış nəşləri Xocalıda dəfn edilib.

İctimai.az Trend-ə istinadən bildirir ki, Bərdə şəhərində yerləşən məcburi köçkün şəhərciyində şəhidlərlə vida mərasimi keçirilib.

Vida mərasimində rəsmi şəxslər, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, Xocalıda kütləvi məzarlıqda 21 nəfərin qalıqları aşkar edilib. Onlardan 9-nun adları məlum olub.

Həmin şəxslər aşağıdakılardır:

(Xocalı rayon sakinləri)

1. Əliyev Ağaəli Naib oğlu – 01.06.1933-cü il 2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il 3. Mahmudov Akif Seydulla oğlu – 01.06.1962-ci il 4. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il 5. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935 6. Nəcəfov Şiraslan Məmiş oğlu – 1952-ci il təvəllüdlü

(Xankəndi şəhər sakinləri) 7. Cavadov Əli Müsül oğlu – 15.06.1954-cü il 8. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il 9. Məhərrəmova Bəsirə Vəli qızı – 01.06.1954-cü il

İstintaq materiallarına əsasən, qeyd edilən şəxslərin hamısı 26.02.1992-ci il tarixdə Xocalı rayonu ərazisində itkin düşüb.

Xatırladaq ki, Xocalı soyqırımında itkin düşən Akif Mahmudovun nəşinin qalıqları isə martın 27-də Ceyranbatan qəsəbəsindəki qəbiristanlıqda dəfn olunmuşdu.

image-trend_sehidler_310324_18image-trend_sehidler_310324_22image-trend_sehidler_310324_21