Yeni Zelandiyanın Baş naziri təkbaşına Avstraliyaya yollanırbackend

Yeni Zelandiyanın baş naziri Kristofer Lakson xüsusi təyyarənin sıradan çıxması səbəbindən kommersiya reysi ilə Melburna getməyə məcbur olub.

Bu barədə “New Zealand Herald” qəzeti Yeni Zelandiya Müdafiə Nazirliyinə (NZDF) istinadən yazır.

Nəşrin məlumatına görə, Baş nazirin uçmalı olduğu Yeni Zelandiya Müdafiə Qüvvələrinə məxsus xüsusi Boeing 757 təyyarəsinin göyərtəsində hansı nasazlığın baş verdiyi hələ müəyyən edilməyib. Təyyarənin uçuşdan əvvəl yoxlanılması zamanı ön eniş qurğusunda texniki nasazlıq aşkar edilib.

“Uçuş təhlükəsizliyi prioritet olaraq qaldığından, təyyarə yerdə qaldı. Ştatın yüksək vəzifəli şəxsləri üçün nəzərdə tutulan daha bir Boeing 757 hazırda planlı təmir üçün Kraystçörçdədir və ondan istifadə etmək mümkün deyil”, – nəşr yazır.

Mənbə: A haber