Avropa ölkələrində rusların təqib edilməsi son bir yarım-iki ildə normaya çevrilib. “İzvestiya” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Aİ-nin bəzi ölkələrində rusların viza, müvəqqəti yaşamaq icazəsi və daşınmaz əmlak almaq hüququnu məhdudlaşdıran qanunlar var. Zaxarova bu cür hərəkətləri istənilən ölkə üçün biabırçılıq adlandırıb.
İyunun 7-nə keçən gecə Zaxarova bəyan edib ki, hazırda Qərblə münasibətlərin normallaşması və dialoqun bərpası üçün heç bir ilkin şərt yoxdur. Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, dialoqun bərpası iki şərtin üst-üstə düşdüyü halda mümkün olacaq: Ukraynada xüsusi hərbi əməliyyat başa çatdıqda və Qərbdə vəzifəsi öz ölkələrinin maraqlarını müdafiə etmək olacaq siyasətçilər peyda olduqda. Rusiyanın maraqlarına hörmət etməklə.
Mənbə: İzvestiya