Zelenski Normandiya desantının ildönümü ilə bağlı tədbirlərdə iştirak etməyi planlaşdırırdıbackend

Ukrayna prezidenti Vladimir Zelenski Fransada Müttəfiq qüvvələrin Normandiyaya desantının 80 illiyinə həsr olunmuş tədbirlərdə, həmçinin G7 ölkələrinin İtaliyada keçiriləcək görüşündə iştirak etməyi planlaşdırır. Bu barədə “Politico” yazıb.

Məqalədə qeyd edildiyi kimi, Zelenski bu səfərlərdən Ukraynaya Qərb ölkələrindən əlavə yardım axtarmaq üçün istifadə edə bilər. Mənbələrin məlumatına görə, Ukrayna rəhbəri daha çox dəstək üçün ölkələrə müraciət etmək və NATO-dan Rusiya raketlərini vurmağı xahiş etmək niyyətindədir.

Bu səfərlər Rusiya qüvvələrinin Xarkov bölgəsində irəliləməsi səbəbindən Zelenskinin beynəlxalq səfərlərinin ləğvindən sonra ilk səfər ola bilər.

Mənbə: Politico