Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, Kiyev ABŞ-ın köməyi olmadan Rusiyaya qarşı hərbi münaqişədə uduzacaq. Bu barədə ABŞ Senatının spikeri, demokrat senator Çak Şumer sosial şəbəkələrdə məlumat verib.
“Prezident Zelenski mənə və bizim nümayəndə heyətinə dedi ki, Ukrayna bu həyati yardım olmadan Ukrayna xalqı, ABŞ, demokratiya və azadlıq üçün ağır nəticələrlə nəticələnən müharibəni uduzacaq”.
Senator həmçinin həmkarı, respublikaçı konqresmen və Nümayəndələr Palatasının spikeri Mayk Consonu Ukrayna, İsrail və Tayvana 95 milyard dollar yardım nəzərdə tutan Senatın təsdiq etdiyi qanun layihəsini qəbul etməyə çağırıb.
Mənbə: A Haber