Koloradoda 12 nəfər xilas edilib – 11 turist qrupunun üzvü və Mollie Kathleen qızıl mədənində yerin altında qalan bir işçi. Bu barədə ştatın qubernatoru Jared Polis X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində məlumat verib.
“Mollie Kathleen mədənində sıxışan 12 nəfərin sağ-salamat xilas edilməsindən məmnunam” dedi.
Mollie Kathleen qızıl mədəni məşhur turistik yerdir və təxminən 300 m dərinlikdədir.
Mənbə: A Haber















