İki illik araşdırmadan sonra amerikalı konqresmenlər belə qənaətə gəliblər ki, koronavirus böyük ehtimalla laboratoriya mənşəlidir.
Bu barədə RİA Novosti məlumat yayıb.
Hesabatda deyilir ki, “COVID-19 virusu çox güman ki, Çinin Uhan şəhərindəki laboratoriyada yaranıb”.
Tədqiqatlarında millət vəkilləri bu fərziyyənin lehinə beş arqument təqdim edərək, virusun təbiətdə qeydə alınmamış bioloji xüsusiyyətlərinin mövcudluğunu vurğuladılar. Onlar həmçinin iddia edirlər ki, bütün COVID-19 hadisələri, virusların birdən çox halda ötürüldüyü əvvəlki pandemiyalardan fərqli olaraq, mahiyyətcə bir mənbədən yaranıb.
Bundan əlavə, konqresmenlər qeyd ediblər ki, Uhanda SARS viruslarının tədqiqi ilə məşğul olan əsas laboratoriyalardan biri yerləşir və tədqiqatçıların fikrincə, bu laboratoriya uzun müddət aşağı biotəhlükəsizlik standartları altında fəaliyyət göstərir.