ABŞ silah-sursat istehsalını genişləndirmək üçün 5,3 milyard dollar sərmayə qoyubbackend

Pentaqon 2022-ci ildən bəri Ukraynaya hərbi yardım göstərdiyi üçün raket istehsalını genişləndirmək üçün 5,3 milyard dollar xərcləyib. Bu barədə idarənin saytında məlumat verilir.

Məlumata görə, ABŞ bu məbləği sursat və ya onun komponentlərinin yerli istehsalını artırmaq üçün yatırıb. Eyni zamanda, 2022-ci ildə ölkədə ayda 14,4 min 155 mm çaplı mərmi, beş HIMARS reaktiv yaylım atəşi sistemi və 21 Patriot raket sistemi istehsal edilib. Hazırda onların sayı müvafiq olaraq 40 min, səkkiz və 42-yə yüksəlib.

Bir gün əvvəl ABŞ administrasiyası Ukraynaya 250 milyon dollar məbləğində yeni hərbi yardım paketi ayırıb. Bu paketə RİM-7 zenit-raket kompleksləri, Stinger, HIMARS reaktiv yaylım atəş sistemləri üçün sursat, 155 mm və 105 mm-lik artilleriya mərmiləri, insan daşına bilən hava hücumundan müdafiə sistemləri, tank əleyhinə “Javelin” raket kompleksləri və AT-4, “Bradley” piyada döyüş maşınları və digər silahlar daxildir.

Mənbə: A Haber