ABŞ və Ukrayna Amerika silahlarından istifadəni müzakirə etməkdə davam edirbackend

Vaşinqton Kiyevlə ona ötürülən Amerika silahlarının necə və hansı məqsədlər üçün istifadə oluna biləcəyi məsələsini müzakirə etməkdə davam edir. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi CNN telekanalında bildirib.

O qeyd edib ki, ABŞ prezidenti Co Bayden artıq Ukraynaya sərhəddən zərbələr endirmək üçün Amerika silahlarından istifadə etməyə icazə verib.

“Bu, Kiyevlə davam etdiyimiz söhbətdir ,biz Ukrayna böhranının eskalasiya riskinə lazımi diqqət yetiririk”, – rəsmi vurğulayıb.

Mənbə: CNN