Almaniya Ukraynanın nüvə bombası yaratma ehtimalını qiymətləndiribbackend

Ukraynada Donald Trampın Ağ Evə qayıtması fonunda nüvə silahı yaratmaq barədə düşünənlər var, lakin respublika ərazisində lazımi şərait olmadığı üçün belə bir perspektiv real görünmür.

Bu barədə “Der Spiegel” yazır.

Materialda qeyd edildiyi kimi, Kiyevdə “əvvəllər ağlasığmaz bir şey haqqında düşünən insanlar var: Ukrayna yenidən nüvə silahı alacağı təqdirdə, bu ölkədəki strateji vəziyyət üçün nə demək olardı”.

“Vəziyyət mürəkkəbdir: bir tərəfdən prezident Vladimir Zelenskinin ABŞ-ın gələcək prezidenti Donald Trampla söhbətində ölkəsinin ya NATO-nun bir hissəsi olması, ya da özünü nüvə silahı ilə müdafiə etməli olduğunu dediyi deyilir. Digər tərəfdən, Kiyevdəki Xarici İşlər Nazirliyi indicə açıq şəkildə bildirdi ki, Ukrayna nüvə silahı hazırlamaq və ya əldə etmək istəmir”, mətndə deyilir.