Avropa İttifaqı İranın bəzi şirkətlərinə sanksiya tətbiq edibbackend

Avropa İttifaqı İranın Rusiyaya dəstək verdiyi iddiasına görə 7 şəxs və 7 şirkətə qarşı sanksiya tətbiq edib.

Bu barədə TASS Aİ Şurasının qərarına istinadən yazır.

Qurumun bəyanatında deyilir ki, bu vətəndaşlar və təşkilatlar Rusiya Federasiyasına pilotsuz təyyarələrin və raketlərin ötürülməsinə kömək ediblər. Sanksiyalar arasında İranın “İran Air”, “Saha Airlines” və “Mahan Air” aviaşirkətləri, həmçinin İran Müdafiə Nazirliyinin rəis müavini Seyid Qələndəri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndələri də var.

Sentyabrın 2-də “Bloomberg” mənbələrə istinadən yazıb ki, Tehran yaxın vaxtlarda öz ballistik raketlərini Moskvaya ötürməyi planlaşdırır. Məqalə müəlliflərinin fikrincə, Rusiya Federasiyası bu mərmilərdən Ukraynada hərbi əməliyyatlar aparmaq üçün istifadə etməyə hazırlaşır. Kremlin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, bu cür məlumatlar “həmişə reallığa uyğun gəlmir”.