Avropa İttifaqı Danimarkanın ərazi bütövlüyünü müdafiə edəcək.
Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ABŞ-ın Qrenlandiya üzərində nəzarətin yaradılması planları ilə bağlı bəyanatları fonunda bildirib.
“Bütün Qrenlandiya və bütövlükdə Danimarka xalqına bildirmək istəyirəm ki, Avropa həmişə suverenlik və ərazi bütövlüyünü müdafiə edəcək”, o vurğulayıb.
Von der Leyen əlavə edib ki, Vaşinqton diqqətini Hind-Sakit okean regionuna yönəldir.