Azərbaycanın müdafiə naziri Macarıstanda səfərdədirbackend

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Macarıstana rəsmi səfər edib.

İctimai.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Budapeşt şəhərində Macarıstan Respublikasının hərbi və siyasi rəhbərliyi ilə bir sıra görüşləri, eləcə də müdafiə sənayesi şirkətlərini ziyarəti planlaşdırılır.

Müdafiə nazirinin rəsmi səfəri iyunun 29-dək davam edəcək.