Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Əli bəy Hüseynzadə küçəsində baş verib.
Belə ki, 1972-ci il təvəllüdlü Rövşən Nəriman oğlu Cəfərov yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.
Yaralı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.













