Bayden Avropadakı Amerika əsgərlərinin sayını açıqlayıbbackend

Avropada, Şimali Atlantika Alyansı ölkələrinin ərazisində 80 min Amerika əsgəri var. TASS xəbər verir ki, bu barədə prezident Co Bayden ABŞ Senatı və Nümayəndələr Palatasına göndərdiyi yazılı bildirişdə bildirib.

“80,000-ə yaxın ABŞ hərbi qulluqçusu müttəfiqlərimizi ruhlandırmaq və Rusiyanın gələcək təcavüzünün qarşısını almaq üçün Avropadakı NATO ölkələrinə yerləşdirilir və ya göndərilir”, Bayden deyir.

Bu rəqəm ötən illə müqayisədə dəyişməz qalıb. NATO ölkələrindən başqa, daha 576 Amerika hərbçisi Kosovoda, 2310 nəfər Səudiyyə Ərəbistanında, 3813 nəfər İordaniyada, 75 nəfər isə Livanda yerləşdirilib.

Mənbə: TASS