Vaşinqton Kiyevə hərbi yardımı bərpa etməsə, ABŞ-ın Ukraynaya verdiyi silahların sursatları yaxın bir neçə ay ərzində tükənəcək.
Bu barədə Bloomberg yazır.
Söhbət ilk növbədə Amerika istehsalı olan hava hücumundan müdafiə sistemləri, zərbə raket sistemləri və zirehli texnikalar üçün sursatdan gedir. Agentliyin qeyd etdiyi kimi, ABŞ-dan silah tədarükünün dayandırılması, eyni zamanda, Vaşinqton diplomatik vasitələrlə atəşkəs barədə razılığa gələ bilməsə, Ukraynanı məğlubiyyətlə hədələyir.
Bloomberg bildirib ki, Kiyevin avropalı müttəfiqlərinin dəstəyin artırılması ilə bağlı bəyanatlarına baxmayaraq, Aİ və Böyük Britaniya öz müdafiə sənayelərinin məhdud imkanları səbəbindən Amerika tədarüklərini kompensasiya edə bilməyəcək.