Bolqarıstanın baş prokurorunun kortejinin keçdiyi yolda partlayış baş verib.
Bu barədə Bolqarıstan Milli Televiziyası (BNT) Daxili İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir.
Telekanalın məlumatına görə, partlayış səhər saat 11:45-də Sofiya və Samokov arasında avtomobil yolunda baş verib. Partlayıcı qurğu maşınlardan birinin qarşısında işə düşüb. Partlayış nəticəsində xəsarət alan olmayıb.
Şahidlər qeyd ediblər ki, söhbət “çox güclü partlayış”dan gedir.
Hadisəni araşdırmaq üçün bütün təhlükəsizlik xidmətlərinin nümayəndələrinin daxil olduğu əməliyyat qərargahı yaradılıb.













