Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın təyyarəsi bir neçə saat əvvəl yola düşdükdən sonra Mexikoda məcburi eniş edib.
Latın Amerikası ölkəsinin hökuməti bu barədə İnstaqramda məlumat verib.
“Prezident Luiz İnasio Lula da Silva və Braziliya nümayəndə heyətinin bir hissəsini daşıyan təyyarə texniki nasazlığın müəyyən edilməsindən sonra təhlükəsiz şəkildə Meksikaya eniş edib”, – məlumatda deyilir.
Uçuş izləmə xidmətlərinin məlumatına görə, dövlət başçısını aparan təyyarə 4 saat 58 dəqiqə Meksika ştatının səmasında olub.
Mənbə: A Haber