BRİKS konqresi 2025-ci ilin iyununda keçiriləcək və orada assosiasiyanın aqrar alyansının yaradılmasının təsdiqlənməsi planlaşdırılır.
Milli Kənd Təsərrüfatı Hərəkatının prezidenti Lyudmila Orlova “İzvestiya” qəzetinə müsahibəsində bu barədə danışıb.
“Biz artıq dekabrda dəyirmi masa keçirmişik və indi konqres keçirmək və belə bir ittifaq yaratmaq barədə razılığa gəlmişik. 10-dan çox ölkə cavab verdi. İndi biz sənədləri, mexanizmləri yekunlaşdırırıq, proqram formalaşdırırıq”, – Orlova bildirib.
Onun sözlərinə görə, Braziliya BRİKS-ə sədrlik etdiyi üçün həmtəşkilatçı ola bilər.
“Biz indi cavab gözləyirik. Bütün sənədlər təsdiqlənib və razılaşdırılıb”, – deyə hərəkat rəhbəri bildirib.