Britaniya 200 ukraynalı pilot üçün təlimlərin başa çatdığını elan edibbackend

Böyük Britaniya 200 ukraynalı pilota F-16 qırıcılarını idarə etmək üçün təlim keçib. Bu barədə Britaniya Müdafiə Nazirliyinin rəis müavini Lyuk Pollard X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində məlumat verib.

“Böyük Britaniyanın artıq 200 ukraynalı pilota təlim keçdiyini bilirdinizmi? Bu gün mən Kral Hərbi Hava Qüvvələrinin təlim proqramından ən son pilotların buraxılış mərasimində iştirak etdim”, o qeyd edib.

Pollard, bu pilotların Ukraynaya təhvil verilən F-16 təyyarələrinin tezliklə uçmağa başlayacağını açıqladı.