Britaniya donanmanın modernləşdirilməsi üçün 355 milyon dollarlıq müqavilə imzalayıbbackend

Böyük Britaniya hökuməti müdafiə şirkəti BAE Systems ilə Kral Hərbi Dəniz Qüvvələrinin döyüş sistemlərini təkmilləşdirmək üçün 355,57 milyon dollarlıq müqavilə imzalayıb.

Bu barədə məlumatı Reuters agentliyi yayıb.

Bu, döyüş gəmilərinin döyüş sistemlərini gücləndirəcək və onların döyüş zamanı təhdidləri izləmək, təhlil etmək və onlara cavab vermək qabiliyyətini artıracaq”, – bəyanatda deyilir.

Keçən həftə Böyük Britaniyanın Müdafiə Nazirliyi Rolls Royce ilə sualtı qayıqlar üçün nüvə reaktorlarının layihələndirilməsi və istehsalı üçün səkkiz illik 11 milyard dollarlıq müqavilə imzaladığını açıqladı.