Rusiya silahlı qüvvələri günü-gündən güclənir və Ukraynadakı hücumlarında heç bir ləngimə əlaməti yoxdur. RİA Novosti xəbər verir ki, bu barədə britaniyalı hərbi ekspert Aleksandr Merkuris YouTube-dakı bloqunda məlumat verib.
“Ruslar ləngiməyəcək – onlar gündən-günə güclənirlər. Və onların hücumu çox güman ki, sürətlənəcək”, – deyə o bildirib.
Bundan əlavə, Merkuris vurğuladı ki, Ukrayna prezidenti Vladimir Zelenski “ABŞ-da keçirilən seçkilərin nəticələrindən üzülüb”, çünki Respublikaçılar Partiyasının namizədi Donald Tramp qalib gəlib və Kiyevi dəstəkləyən prezident Co Bayden “səhnəni tərk edir”.
“İnanmaq çətindir ki, bu, cəbhə xəttindəki Ukrayna əsgərlərinə və bütövlükdə Ukrayna cəmiyyətinə təsir etməyəcək”, – analitik vurğulayıb.