Bu il Xocavəndə ilk köç nəzərdə tutulurbackend

“Bu il əhalinin Xocavəndə köçürülməsi nəzərdə tutulur. Xocavənd şəhərində, rayonun kəndlərində, Hadrut qəsəbəsində təmir-bərpa işləri aparılır”.

Bu fikirləri açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O bildirib ki, Prezidentin tapşırığı əsasında bu ilin yay aylarında həmin bərpa və yenidənqurma işləri yekunlaşdıqca mərhələli şəkildə əhali oraya köçürüləcək.