backend

Çexiyada son üç həftəlik istilər ölkənin şimal-şərqindəki Odra çayının suyunda oksigenin səviyyəsinin azalmasına və balıqların kütləvi ölümünə səbəb ola bilər.

Bu barədə ČTK xəbər agentliyi ekspertlərə istinadən xəbər verir. .

Suyun yüksək temperaturu içindəki oksigen miqdarının azalmasına səbəb olur və bu, Çexiyanın şimal-şərqindən başlayan Odra çayının yuxarı axını ilə baş verdi. Çay daha sonra Polşa və Almaniyadan keçir. Aşağı axınla üzən ölü balıqların içəri daxil olmasının qarşısını almaq üçün sərhədin Polşa tərəfində şəbəkə maneələri quruldu. Artıq 200 kq-a yaxın ölü balıq ovlanıb.

Polşanın iqlim və ətraf mühit naziri Anna Moskva çexiyalı həmkarı Pyotr Qladiki Odra çayındakı vəziyyətlə bağlı məlumatlandırıb. Qladik çayın Çexiya hissəsində balıqların öldüyünü təsdiqləyib, lakin dəqiq sayı hələ müəyyən edilməyib. Ekspertlərin cümə axşamından gec olmayaraq qəzanın səbəbini müəyyən edəcəyi gözlənilir.

Mənbə: A haber