Dünya şöhrətli rəssam Tahir Salahov vəfat etdibackend

Azərbaycanın dahi rəssamı Tahir Salahov vəfat edib.

Bu barədə Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov məlumat verib. O bildirib ki, rəssam T.Salahov Almaniyanın Berlin şəhərinə müalicə üçün gedib:

“O, ağır xəstəlikdən əziyyət çəkirdi. Müəyyən müddətdən bir müalicəyə gedirdi. Bu gün çox üzücü xəbər aldım. O, Berlində müalicə aldığı xəstəxanada 93 yaşında vəfat edib”.