Ukrayna Fransada istehsal olunan Mirage qırıcılarının ilk partiyasını aldı.
Bu barədə respublikanın müdafiə naziri Sebastyan Lekornu X sosial şəbəkəsindəki səhifəsində yazıb.
O qeyd edib ki, Fransa prezidenti Emmanuel Makron ilk dəfə 2024-cü ilin iyununda münaqişə zonasına təyyarələrin çatdırılmasını elan edib.
“Onlardan birincisi bu gün Ukraynaya gəlib”, – Lekornu əlavə edib.
Nazir qeyd edib ki, qırıcıları təlim keçmiş ukraynalı pilotlar idarə edəcək. Pilotlar bir neçə ay xaricdə təlimlərdə iştirak ediblər.