G7 İranın silah istehsalını, əldə etməsini və ötürməsini dayandırmaq niyyətindədirbackend

G7 dövlətləri Tehranın silah istehsal etmək, əldə etmək və üçüncü ölkələrə ötürmək imkanlarını azaltmaq üçün bütün tədbirləri görəcəklər. TASS bu barədə G7 ölkələrinin maliyyə nazirlikləri və mərkəzi banklarının rəhbərlərinin birgə bəyanatına istinadən xəbər verir.

Sənəddə Yaxın Şərqdə sabitliyi pozmaq məqsədilə İranın silah əldə etmək, istehsal etmək və ya ötürmək imkanlarını azaltmağa yönəlmiş gələcək tədbirlərin yaxından əlaqələndirilməsini təmin etmək niyyəti bildirilir.

Bundan əlavə, maliyyə nazirləri və mərkəzi bank rəhbərləri İranın İsrailə “görünməmiş hücumunu” pisləmək üçün çıxış ediblər.

Mənbə: TASS