Gürcüstan parlamentinin binası yaxınlığında Daxili İşlər Nazirliyinin xüsusi texnikası yerləşdirilibbackend

Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə müxalifətin mitinqinin keçirildiyi parlament binasında təhlükəsizliyi gücləndirib.

TASS xəbər verir ki, hadisə yerinə əlavə qüvvələr və xüsusi texnika göndərilib.

Meydanda su şırnaqları, avtobuslar və avtomobil evakuatorları var. Noyabrın 24-ü axşam saatlarından Rustaveli prospektində aksiyalar keçirən etirazçılar küçədə qalıb yolun düz kənarındakı çadırlarda yatmağa qərar veriblər. Onlar ötən parlament seçkilərinin nəticələrindən narazıdırlar və onların tanınmamasını tələb edirlər. Hazırda küçədə vəziyyət sakitdir.

Noyabrın 24-də Gürcüstan Daxili İşlər Nazirliyi müxalifətə xəbərdarlıq edib ki, parlament binası və ya digər dövlət qurumlarının blokadaya məruz qalması halında cinayət məsuliyyəti yaranacaq.