Hazırda respublikada hakim partiya olan “Gürcü arzusu” partiyası ölkə prezidenti Salome Zurabişvilinin impiçmentinə yenidən cəhd etmək niyyətindədir. Bu barədə TASS yazır.
“Parlament çoxluğu [prezidentin] impiçment prosedurunu bərpa etmək və parlament seçkilərinə qədər Konstitusiya Məhkəməsinə təqdim olunacaq yeni konstitusiya təklifi hazırlamaq qərarına gəlib”, – Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
O, prosedurun başlanmasının səbəbini Zurabişvilinin hökumətlə razılaşdırmadığı xaricə səfərləri ilə izah edib ki, bu da spikerin fikrincə, Gürcüstan Konstitusiyasını pozur.















