Hərbi Qənimətlər Parkına düşməndən ələ keçirilmiş növbəti texnikalar gətirilibbackend

Xocalı rayonu ərazisində aşkar olunan “2K11 Kruq” zenit-raket kompleksinin tərkibinə daxil olan “1S32” raket tuşlama stansiyası, iki ədəd “2P24” buraxıcı qurğusu Bakı şəhərində Hərbi Qənimətlər Parkında yerləşdirilib.

Oxu.Az xəbər verir ki, bu barədə 15 İyun – Milli Qurtuluş Günündə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Hərbi Qənimətlər Parkına media nümayəndələri üçün təşkil edilən tur zamanı məlumat verilib.

Hərbi qulluqçu mayor Əsgər Məmmədov qeyd edib ki, buradakı texnikalar zenit raket kompleksinin tərkib hissələrindən biridir:

“2K11 Kruq” zenit-raket kompleksinin “2P24” tipli 2 ədəd atıcı qurğusu, bir ədəd isə raket tuşlama stansiyası – “1S32” parkın ərazisinə yerləşdirilib. Ordumuz bunları antiterror tədbirləri zamanı Xocalı rayonundan ələ keçirib. Bu iki element “2K11 Kruq” zenit-raket kompleksinin tərkib elementlərinin bir hissəsidir. Bu raket tuşlama stansiyasının özünün lokatoru var, lokator vasitəsilə 105 kilometr məsafəyə qədər hədəflərin aşkarlanması və izlənməsini həyata keçirir. Məhv edilməsi üçün qərarlar vermiş hədəflərə atıcı qurğuları yönəldərək üstündəki rateklər vasitəsilə 3M8, M1, M2, M3 tipli hədəfə doğru tuşlayıb göndərir”.