Hindistanlı kişi onu təcavüzdə ittiham edən qonşusunu bıçaqlayıbbackend

Hindistandan olan ata və oğul qonşusunu öldürərək qaçmağa çalışıb.

Milli.Az The Indian Express-ə istinadən bildirir ki, 50 yaşlı Sona Sinq və 25 yaşlı Atika Sinq qonşusuna hücum edib. Cinayətkarlar onu odlu silahla yaralayıblar, daha sonra isə qılıncla baş nahiyəsindən bıçaqlayıblar. Qadın ölüb.

Kişilər qaçmağa çalışsalar da, polis onları bir gündən az müddətdə tapıb. Məlum olub ki, ata və oğul qətli bir qadının Sonanı seksual qısnama və ona təcavüz cəhdində ittiham etdiyi məhkəmə çəkişməsi səbəbindən törədib.