Horovluda 867 ailə yaşayacaqbackend

Cəbrayıl rayonunun Horovlu kəndinin layihələndirilən ümumi ərazisi 248 hektardır və perspektivdə bu kənddə 3 470 nəfərin yəni 867 ailənin yaşaması nəzərdə tutulub.

APA xəbər verir ki, birinci mərhələdə Horovluya 1 395 nəfərin köçürülməsi üçün tikilən 334 fərdi evin hörgü işləri tamamlanıb, hazırda xarici və daxili bəzək işləri görülür. İnşa olunan evlər iki, üç, dörd və beş otaqdan ibarətdir.

Həmçinin burada məktəb binası, uşaq bağçası və digər iaşə obyektlərinin tikintisi davam etdirilir.

Kəndin dayanıqlı su təchizatını təmin etmək məqsədilə burada əvvəllər mövcud olmuş kəhrizlərin bərpası üçün layihə də həyata keçirilib.

Qeyd edək ki, Horovlu kəndinin təməli 2023-cü il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.