Yəmənin Ənsar Allah üsyançı hərəkatından olan husilər İraqdan olan müttəfiqləri ilə birlikdə Hayfa limanında İsrail gəmilərinə qarşı əməliyyat keçirib. Bu barədə “Almasirah” telekanalı məlumat yayıb.
“Yəmən silahlı qüvvələri İraq İslami Müqavimət Hərəkatı ilə ilk iki birgə hərbi əməliyyatı keçirərək Hayfa limanında hərbi texnika ilə iki gəmiyə hücum edib”, – telekanal bildirib.
Qadağadan yayınaraq Fələstinin Hayfa limanına daxil olan gəminin də hücuma məruz qaldığı qeyd edilir. Husilər hücumun İsrail ordusunun Rəfah bölgəsindəki əməliyyatlarına cavab olduğunu açıqlayıb.
Mənbə: Almasirah