İsrail Cənubi Livanın sakinlərini evlərinə qayıtmamağa çağırırbackend

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubundakı icmaların sakinlərini növbəti xəbərdarlığa qədər evlərinə qayıtmamağa çağırıb.

RİA Novosti bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi Aviçai Edrinin müraciətinə istinadən xəbər verir.

İsrail hərbçilərinin fikrincə, əhali əvvəllər İDF-nin tələbi ilə təxliyyə olunduqları kəndlərə qayıtmamalıdır, çünki onlar indi təhlükəlidir. Qayıdış tarixi daha sonra elan ediləcək.

İsrail ordusu İsrail əsgərlərinin hələ də Livanın cənubundakı mövqelərində qaldığını vurğulayıb.