İsrail Müdafiə Qüvvələri (IDF) İsrailin Livanın cənubundakı Hizbullah hədəflərinə hücum etdiyini bildirib. Bu barədə IDF Telegram kanalında məlumat verilib.
Silah anbarları və hərbi obyektlərin vurulduğu bildirilir. Hədəflər Çixine və Aytarun bölgələri, həmçinin Ayta əl-Şab olub.
Bundan əvvəl İDF Hizbullah lideri Taleb Abdullahın sıradan çıxarıldığını elan edib.
Mənbə: A Haber