İsrail Qəzzaya pilotsuz təyyarələrlə hücum edibbackend

İsrail qüvvələri Qəzza şəhərinə bir sıra pilotsuz təyyarələrlə zərbələr endirib. Bu barədə İranın Tasnim xəbər agentliyi məlumat yayıb.

Onun məlumatına görə, İsrail əsgərləri nəzarət-buraxılış məntəqələrinin açılmasına və Fələstin ərazilərinə humanitar yüklərin çatdırılmasına mane olur.

Martın 9-da İsrailin energetika naziri Eli Koen Qəzza zolağına elektrik enerjisinin verilişinin dərhal dayandırılması barədə göstəriş verib.