İsveçrə öz silahlarını Ukraynaya təkrar ixrac etmək qərarını tənqid edibbackend

Digər ölkələrdəki anbarlarda yerləşən İsveçrə silahlarının Ukraynaya verilməsinə icazə verilməsi İsveçrəni münaqişə tərəfinə çevirəcək. Bu fikri Milli Şuranın İsveçrə Xalq Partiyasından olan üzvü Alfred Heer deyib, Blick qəzeti yazır.

“İsveçrə daha çox qan tökülməsinin qarşısını almaq üçün neytral vasitəçi kimi mühüm rol oynaya bilər. Əvəzində Federal prezidentimiz və Federal Şuramız Ukraynaya onlardan yararlanmağa icazə verdi”, – Heer bildirib.

Siyasətçinin fikrincə, Milli Şura Komissiyasının İsveçrə hərbi texnikasının Ukraynaya xarici anbarlardan tədarükünün mümkünlüyü ilə bağlı qərarı “bitərəflik siyasətinin təhrifinə” çevrilib və ölkəni münaqişə tərəfinə çevirir.

Mənbə: A Haber