Kanada miqrantların qəbulu üçün kvotanın azaldılmasını elan edibbackend

Kanada hakimiyyəti miqrant axını üçün illik kvotaları təxminən 20% azaltmaq niyyətindədir.

Bu barədə CTV telekanalı məlumat yayıb.

Kanadanın Baş naziri Castin Trüdonun oktyabrın 24-də daha ətraflı məlumat verəcəyi gözlənilir.

Bundan əvvəl başqa bir nüfuzlu telekanal olan “Global News” bildirmişdi ki, ölkə hakimiyyəti yaxın vaxtlarda gələn qaçqınların sayını azaltmaq məqsədi ilə immiqrasiya sistemində böyük dəyişiklikləri elan edəcək.