Kanada, Yaponiya və Ərəb ölkələri Kəlbəcər balı sifariş edibbackend

“Kəlbəcər balının xaricə ixracı əsas hədəflərdəndir”.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında “Balland” Kəlbəcər balı mağazalar şəbəkəsinin rəhbəri Ruslan Mustafayev deyib.

Onun sözlərinə görə, hazırda istehsal gücü yerli bazarın təminatının ödənilməsinə yönəlib. Amma yaxın gələcəkdə istehsal gücünün artırılaraq sifarişlərə uyğun olaraq ixrac prosesinə də başlanılması nəzərdə tutulur.

Artıq Kanada, Yaponiya və Ərəb ölkələrindən sifarişlərin mövcud olduğunu söyləyən R.Mustafayev deyib ki, bu məqsədlə istehsal gücünün artırılması planlanlaşdırılır. O, bunun əsas hədəflərdən biri olduğunu vurğulayıb.

Qeyd edək ki, Kəlbəcər balı Azərbaycan təbiətinin nadir və təmiz nemətlərindən biridir. Dağlıq bölgənin zəngin çiçək florası, təmiz dağ havası və qədim arıçılıq ənənələri bu balı digər məhsullardan fərqləndirir. Kəlbəcər balı yalnız dad və aroma baxımından deyil, həm də müalicəvi xüsusiyyətləri ilə də yüksək qiymətləndirilir. Bu bölgədə arıçılıq nəsildən‑nəslə ötürülən peşə kimi yaşayıb və yerli təsərrüfatların mühüm gəlir mənbəyidir.

 

Reklam 160×600 (Sağ)