3 mart 2022-ci ildə Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşərək həlak olan Azərbaycan Ordusunun əsgərləri – 23.05.2003-cü il təvəllüdlü Fərid Əjdər oğlu Məmmədov və 09.02.2003-cü il təvəllüdlü Firdovsi Mais oğlu Abdullayev bu gün torpağa tapşırılıblar.
Həlak olan hərbçilərimizə şəhid statusunun verilib-verilməyəcəyi ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu ünvanladıq.
Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirdi ki, həyatını itirən Azərbaycan Ordusunun hərbi qulluqçusuna şəhidlik statusu hərbi hissə tərəfindən təqdim edilən bildiriş əsasında verilir.
“Belə bildiriş daxil olarsa, şəhid statusu verilə bilər”.