Livan İsraillə sərhəddəki ərazini tərk etmək niyyətində olmadığını bildiribbackend

Livan ordusu İsraillə sərhəddən geri çəkilmə xəbərlərini təkzib edib. Bu barədə Press TV məlumat yayıb.

“Livan Ordusu işğal olunmuş Fələstinlə cənub sərhədindəki mövqelərdən geri çəkilmə iddialarını rədd edir”, – bəyanatda deyilir.

Bundan bir qədər əvvəl Reuters mənbəyə istinadən xəbər vermişdi ki, Livan ordusu İsraillə cənub sərhədi boyunca mövqelərindən təxminən 5 kilometr geri çəkilib.

Oktyabrın 1-nə keçən gecə İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda Hizbullaha qarşı məhdud quru reydlərinin başladığını elan edib.