Sudanın Port Sudan şəhərində beynəlxalq hava limanında təyyarənin qəzaya uğraması nəticəsində azı 11 nəfər həlak olub. Bu barədə “Al Hadath” hərbi mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, insident “texniki nasazlıq səbəbindən havaya qalxdıqdan sonra” baş verib.
Bundan əvvəl Polşada Cessna 208 təyyarəsinin qəzaya uğraması nəticəsində 5 nəfərin öldüyü, daha 12 nəfərin yaralandığı məlum olub. Hadisə ölkənin Novodvorski rayonunda baş verib. 10 nəfərin öldüyü, 5 nəfərin yaralandığı barədə məlumatı Varşava üzrə Dövlət Yanğından Mühafizə Xidmətinin mətbuat xidməti verib. Daha sonra ən yaxın qəsəbənin yanğınsöndürmə briqadasının əməkdaşı Pavel Plaqovski nəşrə 12 nəfərin yaralandığını bildirib.
Mənbə: Lenta.ru













