Mərkəzi Bankda yüksək vəzifəyə təyinatlar olubbackend

Azərbaycan Mərkəzi Bankının (AMB) Hüquq departamentinin direktoru Rəna Məlikova vəzifəsindən azad olunaraq qurumun baş direktoru təyin olunub.

Bu barədə AMB məlumat yayıb.

Məlumata görə, onun əvvəlki vəzifəsinə hələ ki, təyinat olmayıb.

Bundan başqa, indiyə qədər AMB sədrinin müşavirləri olan Rəşad Məmmədov və Şahin Mahmudzadə də baş direktor təyin ediliblər.

Bununla da, qurumun baş direktorlarının sayı 9-a çatıb.