Moskva Dövlət Universitetinin Sloveniyanın Koper şəhərində yerləşən yeganə Avropa filialı xarici tərəfin təşəbbüsü ilə bağlanıb.
Bu barədə RİA Novosti-yə Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi məlumat verib.
O qeyd edib ki, Sloveniya tərəfinin müraciəti əsasında Koperdə universitetin filialı açılıb.
“Tərəfdaş universitetin rəhbərliyindən filialın bağlanması ilə bağlı məktub aldıq. Biz onu bağlamadıq. Nə Elm Nazirliyinin, nə də Moskva Dövlət Universitetinin bununla heç bir əlaqəsi yoxdur. Məktubu aldığımızı bildirdik”, – deyə rektor bildirib.
Sadovniçi Moskva Dövlət Universitetinin beynəlxalq əməkdaşlıqdan heç vaxt imtina etmədiyini və əlaqələrin yaxşılaşdırılmasının tərəfdarı olduğunu vurğulayıb.