Ukraynaya silah verən Şimali Atlantika Alyansı ölkələri onların istifadəsini məhdudlaşdırmamalıdır.
RİA Novosti xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.
Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirmişdi ki, Qərbin Rusiya ərazisinə raket hücumları Rusiya tərəfinin cavab zərbəsi endirmək hüququ ilə NATO üzvü olan ölkələrin Rusiyaya hücumu kimi qiymətləndirilə bilər.
Noyabrın 19-da Rusiya prezidenti Vladimir Putin ölkənin nüvə qarşısının alınması sahəsində dövlət siyasətinin əsaslarını təsdiqləyib.