NATO-nun yeni baş katibi Rusiyanın nüvə doktrinasındakı dəyişikliyi dəyərləndiribbackend

Şimali Atlantika Alyansı Rusiyanın nüvə doktrinasına edilən düzəlişlərdən xəbərdardır, lakin NATO nüvə silahından istifadə təhlükəsini görmür.

RİA Novosti xəbər verir ki, bunu NATO-nun yeni baş katibi Mark Rutte deyib.

“Biz Kremldən təhdidlər eşitdik. Bununla belə, biz nüvə silahından istifadə ilə bağlı heç bir təhlükə görmürük”, – deyə o vurğulayıb.

Bundan əvvəl Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasının nüvə doktrinasının yenilənməsi üçün dəqiq göstərişlər verib.