Neftin qiyməti bahalaşdı backend

İran generalı Qasım Süleymaninin öldürülməsindən sonra neftin qiymətində dəyişmə nəzərə çarpıb.

İctimai.az-ın verdiyi xəbərə görə, dünyanın ən əhəmiyyətli neft istehsal edən bölgəsindəki qarşıdurma qorxuları gücləndirib.

İraqda İran generalı Qasım Süleymani öldürüldükdən sonra neftin bir bareli 70 dollar olub.
Bu, neftin istehsalında 5 faiz azalmaya səbəb olub. Nəticədə, dünya bazarında neftin qiyməti dörd faiz bahalaşıb. Bu hadisənin Yaxın Şərqdə sabitliyi yenidən pozacağı proqnozlaşdırılır.
İctimai.az