Oftalmoloq gənclər və uşaqlar arasında yaxınlaşan “miopiya epidemiyası” barədə xəbərdarlıq edibbackend

Britaniyalı göz cərrahı Jorn Jorgensen bildirib ki, dünyada 1997-2012-ci illər arasında doğulmuş insanlarda miyopiyanın yayılması sürətlə artmaqdadır. Gənclər və yeniyetmələr arasında görmə qabiliyyətinin itirilməsinin səbəbi qadcetlərdən həddindən artıq istifadədir.

Bu barədə Daily Mail məlumat yayıb.

Jorgensenin sözlərinə görə, son üç onillikdə Böyük Britaniyada yeniyetmələr və gənclər arasında miyopiya nisbəti 46% artıb. Həkim hesab edir ki, bu həyəcanverici rəqəm yetkinlik dövründə qadcetlərdən həddən artıq istifadə edilməsinə görə uşaqların çöldə vaxt keçirməyə həvəsinin azalması ilə bağlıdır. Bu tendensiya bir çox inkişaf etmiş ölkələrdə uşaq və yeniyetmələrdə özünü göstərir.

Parlaq gündüz işığına məruz qaldıqda, gözün tor qişası fibroblastların (kollagen və hüceyrədənkənar matrisin digər komponentlərini sintez edən hüceyrələr) böyüməsini maneə törədən və göz almasının həddindən artıq böyüməsini dayandıran, miyopiyanın qarşısını alan dopamin istehsal edir.

Mənbə: Gazeta.ru